Modern.az

UNESCO Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edəcək

UNESCO Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edəcək

Mədəniyyət

23 Noyabr 2023, 14:04

Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyası məlumat yayıb.

 

Bildirilib ki, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında qəbul edilən qərara əsasən, Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

 

Qeyd edək ki, XII əsrdə Naxçıvanda doğulan və yaşayan Ə.Naxçıvani Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifidir. Ona ən çox şöhrət gətirən isə Mömünə Xatun, Yusif ibn Küseyir türbəsi və Naxçıvandakı Cümə məscididir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu