Modern.az

Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir! - Deputat

Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir! - Deputat

27 Noyabr 2023, 09:16

“Noyabrın 25-də Tarkanın Bakıda konserti olub və bilet alan vətəndaşlar haqlı olaraq narazı qalıb. Mənə narazılığını bildirən və bu məsələnin bəzi narahatverici məqamlarını söyləməyimi istəyiblər. Millət vəkili kimi bunları demək haqqım var”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev məşhur türkiyəli müğənni Tarkanın “Baku Crystal Hall”da verdiyi konsertlə bağlı deyib.

 

“Birincisi, bahalı bilet alan vətəndaşlar niyə akustikanı bərbad eşitməli idilər? Necə olur ki, zalda konsert gedir, Tarkan 4-5 mahnı oxuyub, amma hələ zala daxil olmayanlar var. İnsan zala daxil olur və görür ki, konsertin az qala yarısı bitib.

 

Azərbaycan vətəndaşına niyə ikinci sort kimi yanaşılmalıdır? Təşkilatçılar bu yanaşmanı və diqqətsizliyi başqa bir Avropa xalqına edə bilərdilər? Sizləri məhkəmələrdə süründürər və pullarını geri almaqla bərabər, təzminat da tələb edərdilər”, - R.Nurullayev vurğulayıb.


Deputatın sözlərinə görə, təşkilatçılar, Tarkan və komandası ciddi qüsurlara yol verib:


“Tapmısınız fağır xalq, haqqını tapdalayırsınız, deyirsiniz ki, səsi çıxmayacaq? Onların səsini deyən millət vəkilləri var. Bunu da bilin! Azərbaycan vətəndaşları nə ikinci, nə də üçüncü sortdur. Ayıb edin!”.

 

R.Nurullayev bildirib ki, Tarkan və komandası tamaşaçılara böyük hörmətsizlik edib:

 

“Yüz dənə şərt irəli sürürsən və tələb edirsən ki, olmalıdır. Bəs oxuduğun mahnıların akustikası niyə bərbad olub? Ekran görüntüsü isə fəlakət. Texniki məsələlərə də müğənninin komandası cavabdehlik daşıyır. Qüsur var idi, konsert verməzdi. Belə çıxır ki, pul qazandın, tamaşaçılar da narazı qaldı. Daha zəhmət çəkib, pul xərcləyib ora niyə gedirdilər, elə Youtube-da qoyub baxardılar kliplərə.

 

Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir!”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR