Modern.az

Musiqi məktəblərinə direktor vəzifəsinə qəbulun nəticəsi açıqlandı

Musiqi məktəblərinə direktor vəzifəsinə qəbulun nəticəsi açıqlandı

Mədəni̇yyət

2 Dekabr 2023, 17:44

Mədəniyyət Nazirliyinin keçirdiyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyinin elan etdiyi vakant vəzifələrə qeydiyyatdan keçən 45 namizəddən 42-si imtahanda iştirak edib, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq iddia etdikləri vəzifələrə uyğun hesab edilib.

 

Müsahibənin nəticələri ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

 

Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər şikayətlərinə baxılması məqsədilə dekabrın 8-dək [email protected] elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.

 

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərə əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada