Modern.az

Rəşid Behbudovun bacısının məzarını kim bərpa edəcək? - AÇIQLAMA

Rəşid Behbudovun bacısının məzarını kim bərpa edəcək? - AÇIQLAMA

Mədəni̇yyət

5 Dekabr 2023, 11:40

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nəcibə Behbudovanın məzarı güclü külək nəticəsində dağılıb.

Yasamal Bələdiyyəsindən məsələ ilə bağlı deyilib:

“Son üç gündə güclü külək oldu, görünür, daşın da keyfiyyəti aşağı olub. Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur. İlk dəfədir ki, başdaşı aşıb. Bu da daşın zəif olmasından irəli gəlir. Aktrisa 1999-cu ildə dəfn olunub. Çürünür daşda olan boşluq 20-30 ildən sonra özünü büruzə verir”.

Qeyd edək ki, mərhum Nəcibə Behbudova dünya şöhrətli müğənni Rəşid Behbudovun bacısıdır. O, “Bəyin oğurlanması”, “Fəryad”, “Qarabağ şikəstəsi”, “Təxribat”, “Ulduz” kimi bir çox filmlərdə rol alıb.

Aktrisanın məzarı nə zaman bərpa ediləcək?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev bu həftənin sonuna qədər məzarın tam bərpa olunacağını söyləyib:

"Hava şəraiti ilə əlaqədar məzar dağılıb. Hazırda məzarın bərpa olunması istiqamətində işlər gedir. Bu həftənin sonuna kimi işlər yekunlaşacaq".

K.Şahverdiyev bərpa işlərinin onların müraciəti əsasında Yasamal Bələdiyyəsi tərəfindən həyata keçirildiyini söyləyib:

"Sağ olsunlar, Yasamal Rayon Bələdiyyəsinin əməkdaşları məzarın bərpa işlərini həyata keçirirlər. Qeyd edim ki, Nəcibə xanımın bir oğlu vardı, o da dünyasını dəyişib". 


 

Bu xəbər ilə bağlı
Rəşid Behbudovun məşhur bacısı - Aktrisa Nəcibə Behbudova ölənə kimi oğlunun yolunu gözləyib - FOTOLAR  
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Növbəti təxribat-Ermənilər atəş açdı, Ordumuz cavab vermədi