Modern.az

Din xadimləri də attestasiyadan keçiriləcək

Din xadimləri də attestasiyadan keçiriləcək

Mədəni̇yyət

9 Dekabr 2023, 21:07

İndiyə qədər 30-a yaxın qadın dini ayinlərinin icraçısı müvafiq məscidlərə təyinatlar alıb.

 

Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, qadın dini ayinlərinin icraçıları hər hansı dini mərasimi idarə etmir.

 

“Belə ki, qadın dini ayinlərinin icraçıları imam funksiyasını yerinə yetirmir. Onlar imamların tapşırığı ilə qadınlar arasında maarifləndirmə işinin təşkilində yaxından iştirak edirlər”, - deyə komitə sədri qeyd edib.

 

M.Qurbanlı, həmçinin komitənin tərkibində fəaliyyət göstərən attestasiya komissiyasının bu yaxınlarda işini davam etdirəcəyini, eyni zamanda, hazırda fəaliyyət göstərən din xadimlərinin də zaman-zaman attestasiyadan keçiriləcəyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan Putinə sərt cavab: Başınıza dəysin!