Modern.az

"Üzeyir Hacıbəyov istəməzdi ki, efirdə toy mahnıları təbliğ olunsun"

Mədəniyyət

22 Dekabr 2023, 12:52

“Qələbə ilə bağlı gözəl əsərlərimiz var, yazılıb, yazılır və daima konsert salonlarında nümayiş olunur”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.

 

"Amma mən qələbəmizdən əsər yazılmır deyənləri o tip konsertlərdə görmürəm. Görsəm, soruşaram ki, bəs sual verirsiniz, qələbəmizi əks etdirən əsərlər yoxdur, var axı. Mən istəyirəm ki, bu əsərlər, nümunələrimiz televiziyalarda da nümayiş olunsun, təbliğ olunsun, tanınsın. Üzeyir Hacıbəyov məgər yalnız toy musiqilərinin təbliği üçünmü var? O istəməzdi ki, efirdə yalnız toy mahnıları təbliğ olunsun", - Firəngiz Əlizadə bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu