Modern.az

"Yabancı Damat"ın "Memik dede"si illər sonra: Bəlkə məni tanımazsınız... - VİDEO

Mədəni̇yyət

25 Dekabr 2023, 13:08

Türkiyəli aktyor, Azərbaycan tamaşaçılarına "Yabancı Damat" serialındakı "Memik dede" və "Muhteşem Yüzyıl" serialındakı "Piri paşa" obrazları ilə tanış olan 88 yaşlı Arif Erkin Güzelbeyoğlu sevənlərinə videomüraciət göndərib.

 

Modern.az xəbər verir ki, uzun müddət medianın diqqətindən kənarda qalan sənətçi videoda pişiyini tumarlaya-tumarlaya belə deyib:

 

"Mən Arif Erkinəm. Bəlkə adımı tanımazsınız. "Yabancı Damat"dakı "Memik dede"yəm. Məni sevənlərə, məni yada salanlara - hamısına çox təşəkkür edirəm. Hamınıza xoş günlər diləyirəm".

 

Qeyd edək ki, Arif Erkin Güzelbeyoğlu 11 sentyabr 1935-ci ildə Qaziantepdə anadan olub. Osmanlının məşhur Güzelbeyzadelər nəslindəndir. Həm memar, həm də musiqiçi olan aktyor, eyni zamanda məhkəmədə ekspert kimi uzun illər çalışıb və rəy verib, bürokrat kimi də fəaliyyət göstərib. 1989-cu illərdən filmlərə çəkilən sənətçi 2004-2007-ci illərdə çəkilişləri davam etmiş "Yabancı Damat" serialı ilə Azərbaycanda da məşhurluq qazanıb. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!