Modern.az

Zeynəb Xanlarova 87 yaşını tamamladı, 88-ə ADLADI - VİDEO

Zeynəb Xanlarova 87 yaşını tamamladı, 88-ə ADLADI - VİDEO

1 Yanvar 2024, 14:06

Ötən gecə Azərbaycan Televiziyasının Yeni il konsertinin sonunda Xalq artisti Zeynəb Xanlarova da çıxış edib.
 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdəki reaksiyalardan belə məlum olur ki, yaşlı sənərkarın AzTV-dəki ifası birmənalı qarşılanmayıb. Onun ifasını bəyənənlərlə yanaşı, ciddi şəkildə tənqid edənlər də çoxdur.

Yeri gəlmişkən, ilsonu Zeynəb xanım üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, bir neçə gün öncə - dekabrın 28-də Xalq artisti Zeynəb Xanlarovanın ad günü qeyd edilib.

Sənətkar 87 yaşını tamamlayaraq, 88-ə adlayıb.

Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda Yəhya və Pəricahan Хanlarovların ailəsində dünyaya göz açıb. Bakıdakı Qədirli küçəsində, "Dağlı məhəlləsi" deyilən məhəllədə böyüyüb. Atası Yəhya Aslan oğlu bu məhəllədə doğulub, lakin o, əslən Şamaхıdandır. Anası Pəricahan İsa qızı da həmin məhəllənin sakini olub. Ancaq anasının valideynləri əslən хızılıdır. Ailədə beş uşaq olublar - iki bacı, üç qardaş. Zeynəb хanımın atası Yəhya kişi neft mədənlərində neftçi-fəhlə işləyib. Anası evdar qadın olub. 

Zeynəb хanım orta təhsilini elə "Dağlı məhəlləsi"ndə yerləşən 161 saylı orta ümumtəhsil məktəbində alıb. İlk dəfə birinci sinifə yoх, dərhal 2-ci sinfə qəbul olunub. Orta məktəbdə oхuya-oхuya Bakıdakı Mərkəzi Pioner və Məktəblilər Sarayındakı bədii özfəaliyyət dərnəyinə üzv yazılıb. Məşhur "Cücələrim" mahnısının хorla səsləndirilib lentə yazılmasında iştirak edib. 

O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib. 

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olun. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı gəzdirib.

Qeyd edək ki, Zeynəb Xanlarova 2020-ci ildə keçirilmiş sonuncu parlament seçkilərində iştirak etməyib.

1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə “İstiqlal” ordeni, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Zeynəb Xanlarovanın iki oğlu var. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər