Modern.az

Flora Kərimovadan Aygün Bəylərin ölümünə REAKSİYA

Flora Kərimovadan Aygün Bəylərin ölümünə REAKSİYA

Mədəniyyət

7 Yanvar 2024, 11:28

Xalq artisti Flora Kərimova Əməkdar artist Aygün Bəylərin ölümünü Azərbaycanın muğam sənəti üçün böyükl itki adlandırıb.

Modern.az-ın məlumatına görə, Flora Kərimovanın ölüm xəbərinə xəbərə reaksiyası belə olub:


“Aygünüm… Sənsizliyə ağlamaq, xiffətini çəkməkdəmi qədərim imiş?! Darıxacam qızım, səmimiyyətin üçün darıxacam, saflığın üçün darıxacam, kədərli gözlərin üçün darıxacam.

Sənin yoxluğuna inana bilmirəm. Rahat uyu. Öz nəğmələrin ruhunun laylası olsun! Səsində yaşayan ruhunu qucaqlayıb öpürəm”.


Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.

6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirilib.



 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər