Modern.az

Sənət adamları Aygün Bəylərdən yazdılar: "Nə qədər dərd apardı..."

Sənət adamları Aygün Bəylərdən yazdılar:

Mədəniyyət

7 Yanvar 2024, 12:58

Xərçəng xəstəliyindən əziyyət çəkən Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi. O, 6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edib.

 

Onun vəfatı sənət dünyasını dərindən sarsıdıb. Bir çox müğənnilər Aygün Bəylərin vəfatı ilə əlaqədar fikirlərini sosial şəbəkə hesablarında paylaşıb.

 

Modern.az onlardan bəzilərini təqdim edir:

 

Xalq artisti, müğənni Aygün Kazımova “Facebook” hesabında birlikdə çəkdirdikləri fotonu paylaşaraq bunları qeyd edib: “Gözəl səsli, gözəl qəlbli sənətkar. Səni hər zaman belə gülərüz xatırlayacağıq...".

 

 

Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə Abdullayeva isə “İnstagram”da mərhum sənət yoldaşının fotosunu paylaşıb və “Allah rəhmət eləsin!” yazıb.

Xalq artisti Briliyant Dadaşova da mərhumla bağlı paylaşım edib və “Yazıq Aygün Bəylər, heç bəxti gətirmədi”,-deyə yazıb.

Xalq artisti Mənsum İbrahimov Aygün Bəylərin fotosunu “Facebook”da paylaşıb, “Allah rəhmət eləsin” yazıb.

 

Müğənni Bahar Lətifqızı instaqramda Aygün Bəylərin səsi üçün darıxacağını yazıb: “Bir neçe saat əvvəl çox sevinmişdim ki, yalan xəbərdir. Çox təəssüf ki, doğru xəbərmiş... Allah rəhmət eləsin, üzgünəm, bilmirəm nə deyim, nə yazım. Mən həqiqətən də bu dünyanın ayrılıqlarından, vaxtsız ölüm xəbərlərindən usanmışam. Ona görə də deyirəm, bir də bu dünyaya gətirmə məni. Səsin üçün , özün üçün çox darıxacağıq, Aygün”.

 

Müğənni Nura Suri özünün sosial media hesabında yazıb: "Kimsə öləndə heç vaxt ağlaya bilmirəm (hamımız öləcəyik). Aygün Bəylərə çox üzüldüm, gözlərimdən yaş axdı, özümü saxlaya bilmədim. Nə qədər dərd apardı özüylə..."

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər