Modern.az

Cavanşir Quliyevin əməliyyatı uğurlu keçdi

Cavanşir Quliyevin əməliyyatı uğurlu keçdi

12 Fevral 2024, 15:16

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin əməliyyatı uğurlu keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib.

 

"Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır", - deyə o, qeyd edib.

 

Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib və xəstəxanaya yerləşdirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək