Modern.az

Almaniyanın məşhur qalası YUNESKO siyahısına namizəddir

Almaniyanın məşhur qalası YUNESKO siyahısına namizəddir

Mədəni̇yyət

21 Fevral 2024, 14:52

Almaniyanın məşhur qalası YUNESKO siyahısına namizəd olub.

 

Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Bavariyadakı Noyşvanştayn qalası 2025-ci ildə Dünya Mədəni İrs Siyahısına daxil edilə bilər.

 

 

Onunla birlikdə daha bir neçə qala da siyahıya daxil edilə bilər ki, bunların hamısı 19-cu əsrin ikinci yarısında yaşamış kral II Lüdviqə məxsus olub.

 

İndi Noyşvanştayn qalası Almaniyanın əsas görməli yerlərindən biri hesab olunur, lakin indiyədək YUNESKO-nun siyahısına daxil edilməyib. Bu məsələ hətta Noyşvanşteynin yerləşdiyi Şvanqau icmasında referenduma çıxarılıb.

 

İştirakçıların 44%-i bunun əleyhinə səs verib. Onlar qorxurlar ki, Noyşvanşteyn Ümumdünya İrs Siyahısına daxil edilsə, turist axını daha da artacaq. Qala artıq məşhurdur: hər il təxminən 1,4 milyon insan onu ziyarət edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok