Modern.az

Harri Potter filmini sevənləri üçün xoş xəbər 

Harri Potter filmini sevənləri üçün xoş xəbər 

Mədəni̇yyət

25 Fevral 2024, 00:44

Harri Potter haqqında televiziya serialı 2026-cı ildə “Max” striminq xidmətində debüt edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Warner Bros. Discovery” şirkətindən məlumat verilib.

 

Maliyyə müşavirəsi zamanı çıxış edən baş direktor Devid Zaslav 2026-cı ildə debüt edəcəyini bildirdiyi serialla bağlı narahatlığını ifadə edib.

 

D.Zaslav Harri Potter haqqında son filmin on ildən də çox əvvəl çəkildiyini qeyd edib və bu franşizanın daha da inkişaf edəcəyinə inandığını bildirib.

 

“On il ərzində yazılmış yeni hekayələri bütün dünyadakı pərəstişkarlarımızla bölüşmək üçün səbirsizliklə gözləyirik. Premyeranın 2026-cı ildə keçiriləcəyinə ümid edirik”, – deyə o bildirib.

 

Harri Potter haqqında serial 2021-ci ildən bəri hazırlıq mərhələsindədir və onun əvvəllər “HBO Max” adlanan, indi isə sadəcə “Max” kimi tanınan studiyada çəkiləcəyi bildirilir. “Warner Bros. Discovery” bu serial üçün 10 il vaxt ayırıb və o, tamamilə yeni aktyor heyəti ilə birgə Harri Potter haqqında yazılmış romanların “dəqiq adaptasiyası” olacaq. C.K.Roulinq serialın icraçı prodüseri kimi çıxış edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok