Modern.az

Dünyada 1 milyard insan türk seriallarını izləyir

Dünyada 1 milyard insan türk seriallarını izləyir

Mədəni̇yyət

28 Fevral 2024, 21:57

Türkiyə istehsalı olan serialların tamaşaçı auditoriyası hazırda 1 milyard nəfərə çatır.

 

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya idarəsinin başçısı Fahrettin Altun TRT1 televiziya kanalının “Mehmet: Fəthlər sultanı” adlı yeni serialının təqdimatında bildirib.

 

Onun sözlərinə görə, təkcə üç il ərzində dünyada türk seriallarını almağa maraq 183 faiz artıb.

 

“Bu gün dünyada 1 milyard insan türk seriallarına baxır. Bu, real uğurun çox mühüm göstəricisidir”, - deyə Altun vurğulayıb.

 

Türkiyə Prezidenti Administrasiyası təmsilçisi diqqəti yerli kino sənayesinin gələcək inkişafının mühümlüyünə çəkərək deyib: “Filmlərin və serialların istehsalı Türkiyənin tanınmasına böyük töhfə verir, ölkəmizin nüfuzunu möhkəmləndirir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!