Modern.az

Azərbaycanda Ümrə ziyarəti üzrə səfər paketləri hazırlanır

Azərbaycanda Ümrə ziyarəti üzrə səfər paketləri hazırlanır

Mədəni̇yyət

29 Fevral 2024, 10:44

Azərbaycanda Ümrə ziyarəti üzrə səfər paketlərinin hazırlanması müzakirə olunub.

 

Modern.az bu barədə "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinə istinadən xəbər verir.

 

Məlumata görə, ATAA-nın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Assosiasiyanın sədri Göydəniz Qəhrəmanov qurumun son iki ayda həyata keçirdiyi işlər, xarici ölkələrin turizm nümayəndələri və yerli turizm subyektləri ilə aparılan işgüzar görüşlər, "Azərbaycan Hava Yolları" QSC (AZAL) və ATAA arasında əməkdaşlığın inkişafı, eləcə də AZAL tərəfindən şirkətlərlə biznes əlaqələrinin qurulmasında tədbiq edilən yeni qaydalar, bir sıra turoperatorların Assosiasiya üzvləri üçün hazırladığı xüsusi güzəşt təklifləri haqqında İdarə Heyəti üzvlərinə məlumat verib, üzv şirkətlər arasında etik davranış kodeksinə riayət olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Toplantıda həmçinin Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirinin Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər, Həcc və Ümrə ziyarətləri ilə bağlı Azərbaycanda cari vəziyyət və Ümrə üzrə səfər paketlərinin hazırlanması müzakirə olunub.

 

İclasın sonunda Assosiasiyaya ünvanlanan yeni üzvlük müraciətlərinə baxılıb. İdarə Heyəti aparılan müzakirələrin nəticəsinə uyğun olaraq 10 şirkətdən 6-nın müraciətinə müsbət qərar verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir