Modern.az

Rasim Balayev yeni kino ittifaqının sədri SEÇİLDİ

Rasim Balayev yeni kino ittifaqının sədri SEÇİLDİ

Mədəni̇yyət

5 Mart 2024, 13:44

Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri məlum olub.

 

Modern.az xəbər verir ki, Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqınının sədrliyinə namizədliyini geri götürüb.

 

Xalq artisti Rasim Balayev yeganə namizəd olub və onun sədrliyi təsdiq edilib.

 

***

13:32

Azərbaycanda fəaliyyət göstərən iki kino ittifaqı birləşib

 

Modern.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq.

 

Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi də təsdiq edilib.

 

İştirak edənlərdən yalnız rejissor Oqtay Mir Qasımov birləşmənin əleyhinə səs verib.

 

***

12:40

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirilir.

 

Modern.az xəbər verir ki, konfransda mədəniyyət xadimləri, incəsənət adamları iştirak edirlər. 

 

Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

 

İki qurum ötən il birləşmək barədə qərar qəbul ediblər. Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından birləşmiş kino ittifaqının sədri postuna namizəddir. AKİ-nin namizədi isə xalq artisti Rasim Balayevdir.

1329190

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!