Modern.az

\"Oskar\" mükafatı qazanan filmlər açıqlandı: Ukrayna tarixində ilk...

\

11 Mart 2024, 07:49

ABŞ-ın Los-Anceles şəhərində "Oskar" mükafatlandırma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, "Oppenhaymer" filmi “Ən yaxşı film” nominasiyasında “Oskar”ı qazanıb.

 

Ümumilikdə film 7 nominasiyada "Oskar" mükafatına layiq görülüb. Qeyd edək ki, "Oppanheymer" atom bombasının yaradıcısı Robert Oppenhaymer haqqında bioqrafik filmdir.

 

“Kasıblar və bədbəxtlər” dörd, “Maraq zonası” filmi isə iki "Oskar" mükafatı qazanıb. Səkkiz nominasiya üzrə namizəd olan "Barbi" yalnız ən yaxşı mahnı nominasiyasında qalib gəlib.

 

Ən yaxşı sənədli film nominasiyasında “Oskar”ın qalibi ukraynalı rejissor Mstislav Çernovun “Mariupolda 20 gün” əsəri olub. Mükafatlandırma mərasimində rejissor qeyd edib ki, bu, Ukrayna tarixində ilk "Oskar"dır. 

 

Film Rusiya-Ukrayna müharibəsinin başlanğıcında Mariupolda "Associated Press" müxbirləri qrupunun işindən bəhs edir. Film əvvəllər BAFTA Mükafatı və Amerika Rejissorlar Gildiyası Mükafatını qazanıb.

 

Əsas kateqoriyalar üzrə laureatların siyahısını təqdim edirik:

 

"Ən yaxşı film" - “Oppenhaymer”;

 

"Ən yaxşı aktrisa" - Emma Stoun ("The Fortunate");

 

"Ən yaxşı aktyor" - Killian Mörfi (“Oppenhaymer”);

 

"Ən yaxşı mahnı" - Mən nə üçün yaradılmışam? ("Barbi");

 

"Ən yaxşı musiqi" - "Oppenhaymer";

 

"Ən yaxşı ikinci plan aktyoru" - Robert Dauni ("Oppenhaymer");

 

"Xarici dildə ən yaxşı film" - "Maraq zonası";

 

"Ən yaxşı adaptasiya olunmuş senari" - "Amerika fantastikası";

 

"Ən yaxşı orijinal senari" - "Düşmə Anatomiyası" (Anatomie d'une chute);

 

"Ən yaxşı ikinci plan qadın rolu" - Davayn Joy Randolf ("The Leftovers");

 

"Ən yaxşı cizgi film" - "Oğlan və quş" (Kimitachi wa Dou Ikiru ka).

 

"Ən yaxşı sənədli film" - "Mariupolda 20 gün";

 

"Ən yaxşı orijinal sauntrek" - Lüdviq Qoransson ("Oppenhaymer");

 

"Ən yaxşı vizual effektlər" - "Godzilla: Mənfi Bir";

 

"Ən yaxşı montaj" - Cennifer Leym ("Oppenhaymer");

 

"Ən haxşı kinomatoqrafiya" - "Oppenhaymer"

 

"Ən yaxşı səs" - "Maraq zonası";

 

“Ən yaxşı makiyaj və saç düzümü” - “Kasıblar və bədbəxtlər”;

 

"Ən yaxşı kostyumlar" - Holli Uoddinqton (Kasıblar və bədbəxtlər);

 

"Ən yaxşı istehsal dizaynı" - Şauna Hit, Ceyms Prays ("Kasıblar və bədbəxtlər");

 

"Ən yaxşı qısametrajlı bədii film" - "Henri Şuqarın füsunkar hekayəsi";

 

"Ən yaxşı qısametrajlı animasiya filmi" - "Müharibə bitdi! Con və Yoko musiqisindən ilhamlanıb";

 

"Ən yaxşı qısametrajlı sənədli film" - "Son təmir sexi"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur