Modern.az

Sertab Erener 21 ildən sonra yenidən \"Eurovision\"a gedir

Sertab Erener 21 ildən sonra yenidən \

11 Mart 2024, 14:46

“Eurovision” mahnı müsabiqəsi tarixində Türkiyəyə birincilik gətirən Sertab Erener 21 ildən sonra müsabiqənin şou hissəsində yenidən səhnə almağa hazırlaşır.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2003 "Eurovision" qalibi Sertab Erener İstanbulda verdiyi konsertdə 2024 "Eurovision" Mahnı Müsabiqəsini təşkil edəcək İsveçdən dəvət aldığını və müsabiqə gecəsi üçün hazırlıqlara başladığını açıqlayıb.

 

59 yaşlı Erener mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək yarışmanın şou hissəsində "Everyway That I Can" mahnısını fərqli versiyada oxuyacağını açıqlayıb.

 

Türkiyənin sonuncu dəfə qatıldığı "Eurovision" Mahnı Müsabiqəsində ölkəni təmsil edən Can Bonomo 2012-ci ildə "Love Me Back" mahnısı ilə yeddinci olmuşdu.

 

Türkiyə 2013-cü ildə bal sistemindəki ədalətsizliyi əsas gətirərək "Eurovision"dan çəkilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur