Modern.az

\"Oskar\" mərasimində REKORD

\

12 Mart 2024, 08:45

Bazar günü axşam saatlarında keçirilən “Oskar”ın 96-cı mükafatlandırma mərasiminin yayımını son dörd ildə rekord sayda - 19,5 milyon insan izləyib.

 

Modern.az xəbər verir ki, bu barədə bazar ertəsi “Variety” jurnalı məlumat yayıb.

 

Qeyd edək ki, 2021-ci ildə mərasimə baxış rəqəmləri ən aşağı rəqəm kimi tarixə düşüb. Həmin vaxt mükafatın təqdimat mərasimini 10,4 milyon insan izləyib. Jurnal bunu COVID-19 pandemiyasının təsiri ilə əlaqələndirir. 2022-ci ildə tamaşaçıların sayı 16,6 milyona, 2023-cü ildə isə 18,8 milyona yüksəlib.

 

“Oskar” mükafatları Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən verilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok