Modern.az

Həcc ziyarətinə sənədlərin qəbulu bu tarixdə DAYANDIRILACAQ

Həcc ziyarətinə sənədlərin qəbulu bu tarixdə DAYANDIRILACAQ

14 Mart 2024, 17:16

Bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna dəyişiklik edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayının sonuna kimi Həcc ziyarəti ilə bağlı prosedurları bitirməyi tələb edir.

 

Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

 

Qeyd edilib ki, Ramazan ayının sonuna kimi Həclə bağlı sistemin bağlanmağı gözlənilir:

 

"Vətəndaşlarımız bilməlidir ki, bu il çox fərqlidir, əvvəlki illər kimi deyil, Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən bütün prosedurları erkən bitirmək tələb olunur. Yəni Ramazan ayının sonuna kimi qeydiyyatdan keçməyənlər Həcc ziyarətinə getməyə bilərlər.

 

Ona görə xahiş edirik ki, ziyarətə getmək istəyənlər Ramazan ayının sonuna kimi qeydiyyatdan keçsinlər. Artıq xeyli vətəndaş ziyarətə getmək üçün qeydiyyata alınıb və hazırda yerlər məhduddur"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!