Modern.az

Ramazanın 7-ci gününün duası: İftar və imsak vaxtları 

Ramazanın 7-ci gününün duası: İftar və imsak vaxtları 

Mədəni̇yyət

16 Mart 2024, 20:40

Martın 17-si Azərbaycanda Ramazan ayının yeddinci günüdür.

 

Modern.az xəbər verir ki, imsak saat 05:23, iftar isə saat 19:04-ə təyin olunub.

 

İmsak duası:

 

“Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin”.

 

Tərcüməsi:

 

“İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!”

 

İftar duası:

 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

 

Tərcüməsi:

 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.

 

Allah orucunuzu qəbul eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var