Modern.az

Nəzakət Teymurova: O torpaqda yenidən həyat qurmaq lazımdır

Nəzakət Teymurova: O torpaqda yenidən həyat qurmaq lazımdır

Mədəni̇yyət

18 Mart 2024, 17:30

"Hər bir azərbaycanlıya çağırış edirəm. Gəlin, bir olaq, birgə olaq. Hamımız dəstək olaq. O torpaqda yenidən yeni həyat qurmaq lazımdır. Və bu da bizim çiynimizə düşür".

 

Modern.az xəbnər verir ki, bu fikirləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova deyib. Bir sənətkar olaraq doğma yurda qayıdıb, yaşayacağını bildirən Xalq artisti orada Azərbaycan mədəniyyəti üçün əlindən gələni edəcəyini deyib.

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə video çarxlar hazırlanır.

 

Xalq artisti Nəzakət Teymurovanın iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur