Modern.az

Bu şəkil taleyimizin ŞƏKLİDİR...

Mədəni̇yyət

20 Mart 2024, 17:29

Bu şəkil dünənlə sabahın, keçmişlə gələcəyin şəklidi...

Bu şəkil xəyallarla gerçəkliyin savaşının şəklidi...

Bu şəkil xarabalıqlar altında inləyən bir nəslin ruhunun şəklidi...

Bu şəkil heç vaxt bu yerləri görməyəcək, bu dünyadan nisgilli köçən bir nəslin əlinin qabarının şəklidi...

Bu şəkil xarabalıqlar arxasından boylanan bir nəslin ümid şəklidi...

Bu şəkil uşaqlığımızın dəfn olunduğu, izimizin itdiyi yerin şəklidi...

Bu şəkil 30 illik həsrətlərin qovuşduğu şəkildi...

Bu şəkil bizim taleyimizin şəklidir...

Bu şəkildə bu gün yoxdur...


Bu şəkildə xarabalığa çevrilən keçmiş var...

Bu şəkildə ümid dolu gələcək var...

Bu şəkildə dədələrimiz var...

Bu şəkildə övladlarımız var...

Bu şəkildə biz yoxuq...

Bu şəkil bizim kəndin şəklidi...

Bu şəkil Kəlbəcərin Sarıdaş kəndinin Novruz bayramı, İlaxır çərşənbə şəklidi...

Bu şəkil ŞƏHİDLƏRimizin şəklidi...

Bu şəkil QƏLƏBƏmizin şəklidi...

BU ŞƏKİL BİZİM ŞƏKİLdi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü