Modern.az

Ramazanın sonuncu günü - İftar və imsak saatları 

Ramazanın sonuncu günü - İftar və imsak saatları 

Mədəni̇yyət

8 Aprel 2024, 20:43

Aprelin 9-u Ramazan ayının 30-cu günüdür.

 

Modern.az xəbər verir ki, sabah imsak vaxtı saat 04:42, iftar isə 19:28-dədir.

 

İmsak duası:

 

“Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”.

 

Tərcüməsi:

 

“İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Mühəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun”.

 

İftar duası:

 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

 

Tərcüməsi:

 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

 

Qeyd edək ki, Ramazan bayramının namazı aprelin 10-da qılınacaq.

 

Allah orucunuzu qəbul etsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!