Modern.az

Laçın MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın MDB-nin mədəniyyət paytaxtı ola bilər

Mədəni̇yyət

12 Aprel 2024, 12:56

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilməsi üçün müraciət ünvanlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib.

 

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

 

XİN başçısı çıxışı zamanı iştirakçı nazirlərə MDB çərçivəsində iqtisadi-ticarət, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında Azərbaycanınnin baxışı barədə məlumat verib.

 

"Bundan əlavə, Azərbaycanın qarşıdan gələn COP29-a ev sahibliyi etməsi, MDB-2025 Oyunlarının Gəncə şəhərində keçirilməsi, eləcə də Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı statusu alması üçün müraciətlə bağlı görülən işlər barədə məlumat verilib", - paylaşımda qeyd olunub

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi