Modern.az

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edildi

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edildi

Mədəni̇yyət

16 Aprel 2024, 00:53

Nyu-York və Los-Ancelesdə Amerika Yazıçılar Gildiyasının (Writers Guild of America) mükafatı təqdim edilib. “Tərk edilmişlər”, “Amerikasayağı qiraət” və “Varislər” filmləri mükafatın laureatı olub.

 

Modern.az xəbər verir ki, “Ayı” televiziya sahəsində ən yaxşı komediya serialı, “Varislər” isə ən yaxşı dramatik serial seçilib. “Bəzilərimiz” əsəri “yeni serial üçün ən yaxşı ssenari”, “Didişmə” isə “ən yaxşı mini serial” mükafatını qazanıb.

 

Bu il VGA mükafatı, Hollivuddakı tətillər ucbatından aprel ayına təxirə salınıb, sözügedən nümayişlərin əsas iştirakçıları məhz yazıçılar olub.

 

Amerika Yazıçılar Gildiyasının bu mükafatı, gildiya tərəfindən filmlər üçün ən yaxşı ssenariyə görə verilən üç kateqoriyadan biri sayılır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!