Modern.az

Alban-udi icması Xudavəngə gedir: "Biz gedəndə orada sülhməramlılar olmayıb"

Alban-udi icması Xudavəngə gedir:

Mədəni̇yyət

16 Aprel 2024, 15:56

Alban-udi icmasının nümayəndələri Xudavəng monastırına getməyi planlaşdırırlar.

 

Bunu Modern.az-a açıqlamasında icmanın sədri Robert Mobili bildirib.

 

O qeyd edib ki, səfər aprelin 25-də baş tutacaq.

 

"Bundan öncə keçən ilin noyabrında ora getmişdik. Biz ora gedəndə orada sülhməramlılar olmayıb. 3 ildir, biz Xudavəngə gedib-gəlirik. Biz oraya getmək üçün sülhməramlılarla əlaqədə olmuruq. Yalnız Qarabağa getmək üçün portaldan keçirik. Yəni rusdan icazə almırıq", - Robert Mobili deyib.

 

O, monastr haqqında bunları söyləyib: "Monastrı ermənilər öz adlarına çıxmışdılar. Lakin bunun yalan olduğunu bilmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Kənardan baxanda monastrın alban-udi icmasına aid olduğu görünür".

 

Qeyd edək ki, Xudavəng monastır kompleksi Kəlbəcər rayonunda, Vəng kəndi ərazisində yerləşən qədim alban məbəd kompleksidir. Kompleksə ümumilikdə doqquz tikili daxildir. Onlardan beşi əsas tikili, digərləri isə köməkçi və xidməti xarakterli tikililərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi