Modern.az

Milli rəqsimizə Londonda böyük maraq

Milli rəqsimizə Londonda böyük maraq

Mədəni̇yyət

21 Aprel 2024, 17:36

London şəhərinin əsas meydanı olan Trafalqar meydanında London meriyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və Ramazan bayramına həsr olunmuş festival təşkil olunub.

 

Azərbaycanın Britaniyadakı Səfirliyindən Modern.az-a bildirilib ki, tədbirdə müxtəlif xalqların nümayəndələri öz mədəniyyət nümunələrini təqdim ediblər.

 

Festivalda Azərbaycanı peşəkar xoreoqraf və Britaniyada fəaliyyət göstərən Azərbaycan rəqsləri məktəbinin təsisçisi Səkinə Muxtarlı təmsil edib.

 

Onun nümayiş etdirdiyi "Tərəkəmə" milli rəqsi minlərlə tamaşaçı tərəfindən böyük coşqu ilə qarşılanıb.

 

Tədbiri işıqlandıran Britaniya mediası Azərbaycan milli geyimində rəqs edən Səkinə Muxtarlının fotosunu festivalla bağlı xəbərin manşet fotosu kimi təqdim edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok