Modern.az

Rusiyada kitab satışına senzura - Kitablar üzrə ekspert mərkəzi yaradılıb...

Rusiyada kitab satışına senzura - Kitablar üzrə ekspert mərkəzi yaradılıb...

23 Aprel 2024, 11:47

Rusiya Federasiyasında kitablar üzrə ekspert mərkəzi yaradılıb.


 
Modern.az DW-yə istinadən xəbər verir ki, mərkəz Rusiya Kitab İttifaqının bazasında yaradılıb.

 

“Vedomosti” yazır ki, qurum nəşr olunan kitabların qanunlara uyğun olub-olmadığını müəyyənləşdirir və “pozuntu” halında onların müsadirə edilməsi üçün tövsiyələr verir. Mərkəzə Roskomnadzor, Rusiya Tarix Cəmiyyəti, Rus Pravoslav Kilsəsi və digər dini icmaların, Rusiya Hüquqşünaslar Assosiasiyasının və digər təşkilatların nümayəndələri daxil olub.

 

Mərkəz həmçinin “LGBT təbliğatı” ilə bağlı qanun pozuntularının müəyyən edilməsi ilə məşğuldur. Onun tövsiyəsi ilə AST nəşriyyatı Vladimir Sorokinin “Miras”, Maykl Kanninqemin “Dünyanın sonundakı ev” və Ceyms Bolduinin “Ciovanninin otağı” romanlarının satışını dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok