Modern.az

Roza Zərgərli akademiyada hansı fənlərdən dərs deyir?

Roza Zərgərli akademiyada hansı fənlərdən dərs deyir?

Mədəni̇yyət

24 Aprel 2024, 15:00

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə başladığını bildirib.

 

Modern.az-ın məlumatına görə, o, İncəsənət fakültəsində dərs deyir.

 

Müğənni Azərbaycan teatr tarixi, Dünya teatr tarixi, Dram nəzəriyyəsi kimi fənləri tədris edir və 2016-cı ildən həmin akademiyanın doktorantıdır.

 

Məlumata görə, o, fəlsəfə doktoru proqramı üzrə “Müstəqillik dövrü Azərbaycan teatrında türkdilli xalqlar dramaturgiyasının səhnə təcəssümü “ adlı dissertasiya üzərində çalışır və müdafiə ərəfəsindədir.

***

14:22

Müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib.

 

Müğənni Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə başladığını bildirib.

 

“Mənə tez-tez deyirlər ki, niyə incəsənətin bütün qollarında özünü sınamısan? O adamlara həmişə deyirəm ki, bacarırsınızsa, siz də edin. Bakı Xoreoqrafiya Akademiyasının Sənətşünaslıq fakültəsində dərs deyirəm”, - deyə məşhur müğənni qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər