Modern.az

Azərbaycan hər bir dini obyektin qorunmasına ciddi yanaşır - AÇIQLAMA

Azərbaycan hər bir dini obyektin qorunmasına ciddi yanaşır - AÇIQLAMA

Mədəni̇yyət

1 May 2024, 00:29

Azərbaycan hökuməti heç bir ayrı-seçkiliyə yol vermədən hər bir dini obyektin qorunmasına ciddi yanaşır.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikanın “Servizo İnformazione Religiosa” agentliyinə müsahibəsində söyləyib.

 

Onun sözlərinə görə, Azərbaycanda yerləşən bütün abidələr “dini mənsubiyyətindən asılı olmayaraq çoxmillətli və multikultural cəmiyyətin xarakterini əks etdirən zəngin mədəni və dini irsin bir parçasıdır”.

 

“2020-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən işğala məruz qalmış və münaqişə nəticəsində zədələnmiş ərazilərdəki bütün mədəniyyət və dini abidələrin inventarlaşdırılması aparılıb. İki müharibədən çıxmış və zədəlilər indi bərpa olunur, lakin, təəssüf ki, bir çox mədəniyyət və dini abidələr işğalçı qüvvələr tərəfindən tamamilə dağıdılıb. Qarabağda və əvvəllər işğal olunmuş digər ərazilərdə 67 məsciddən 65-i sökülüb”, – o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var