Modern.az

"Xəbəri eşidəndən ağlayıram" - Mehriban Xanlarova

Mədəni̇yyət

9 May 2024, 12:06

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilməsi barədə sərəncam imzalayıb.


Prezident təqaüdü alan şəxlər arasında Əməkdar artist Mehriban Xanlarova da var.

 

O, öz təəssüratlarını Modern.az-la bölüşüb.

 

“Xəbəri göz yaşları ilə qarşıladım. Bu xəbər məni sevindirdiyi kimi, həm də ağlatdı. Cənab Prezidentimizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Ona can sağlığı arzu edirəm. Xəbəri eşidəndən ağlayıram. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm. Bizim sənətimizə ümumiyyətlə incəsənətə, əməyə qiymət verilməsi, onu dəyərlənirilməsi böyük işdir. Eyni zamanda bizim üçün məsuliyyətdir. İncəsənət xadimlərinin yaradıcılığına böyük stimul verən hadisədir. Təbrik edən hər kəs sağ olsun. Bir daha cənab Prezidentə daim mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm”, - Mehriban Xanlarova deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub