Modern.az

Heydər Əliyev Fondu “Xarıbülbül” festivalında hamını təsirləndirdi - JURNALİSTLƏR

Heydər Əliyev Fondu “Xarıbülbül” festivalında hamını təsirləndirdi - JURNALİSTLƏR

Mədəni̇yyət

13 May 2024, 15:46

Mayın 9-dan 11-nə kimi Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçirilib. Festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

 

Festivalda dövlət rəsmilərilə yanaşı, dünyanın müxtəlif ölkələrinin sənət adamları, eləcə də azərbaycanlı jurnalistlər iştirak ediblər.

 

Modern.az saytı "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında iştirak edən jurnalistlərin təəssüratlarını öyrənib.


Əməkdar jurnalist, "Trend" Agentliyinin Direktor Müavini Sahil Kərimli bildirib ki, Şuşada keçirilən "Xarıbülbül"  Festivalında iştirak etməkdən qürur hissi keçirir:
 

"Hər il olduğu kimi, bu il də çox möhtəşəm, bənzəri olmayan tədbir keçirildi. İslam ölkələrindən olan qonaqların, sənət adamlarının çıxış etməsi tədbirin çəkisini artırmış və onun mahiyyətini daha da aydın və dolğun nümayiş etdirmiş oldu. Hər bir azərbaycanlı belə bir tədbirin keçirilməsinə görə qürurlanır və fəxarət hissi duyur. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında iştirak təbii ki, mənim üçün də qürurvericiydi. Səhnədən çıxışları canlı olaraq izlədik. Şuşa şəhəri İslam ölkələrinin birləşdirici mədəniyyət mərkəzi kimi çox böyük əhəmiyyətə malikdir. Bu həm siyasi, həm də mədəni baxımdan dünyaya çox böyük bir mesaj idi. Bir daha Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi və ərazilərin sürətlə yenidən qurulduğu dünyaya nümayiş olundu. Bu festival sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqa töhfə vermiş oldu".

Əməkdar jurnalist vurğulayıb ki, Heydər Əliyev Fondu belə tədbirlərlə mədəni irsimizə böyük töhfələr verir:


"Bu cür beynəlxalq əhəmiyyətli mədəni festivallar keçirməklə dünyaya ciddi mesajlar veririk. Çox möhtəşəm bir tədbir idi. Qardaş Türkiyədən və digər dost İslam ölkələrindən gələn sənət adamlarının, eləcə də Zeynəb Xanlarova, Arif Babayev kimi müğənnilərin, muğam ustalarının tədbirdə işitarakı qürur və fəxarət hissi yaradırdı. Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətləri yüksək qiymətləndirilməlidir. Heydər Əliyev Fondu bu cür mədəni tədbirlər keçirməklə mədəni irsimizə böyük töhfələr verir".



Əməkdar jurnalist, "Qafqazinfo"nun rəhbəri Elbrus Ərud budəfəki festivalın bir ayrı dastan olduğunu qeyd edib:


"Təşkilatçı Heydər Əliyev Fondu məsələyə elə fəlsəfi, elə individual, elə həssas yanaşmışdı ki, təsirlənməmək mümkün deyildi. Budəfəki festivalda hamını heyrətləndirən məqam Zeynəb Xanlarova ilə Arif Babayev oldu. Xüsusən Arif Babayevi görən hər kəs təəccübləndi. Yanımdakı həmkarım, İTV-nin rəhbəri Balakişi Qasımova dedim ki, görərsən, Arif Babayev səhnəyə çıxacaq. O dedi ki, kişi o halda deyil.

 

Az keçmədən  Arif Babayev çətinliklə də olsa, Cıdır düzündə qurulmuş səhnəyə çıxdı və “Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax” mahnısını oxudu. Hansı ki, işğaldan qabaqkı festivalda da o, bunu oxumuşdu…

 

Bax, budur Heydər Əliyev Fondunun yaddaşı, həssaslığı".

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi