Modern.az

Nağıla çevrilən AKTRİSA...

Nağıla çevrilən AKTRİSA...

Mədəni̇yyət

21 May 2024, 09:50

Biri vardı, biri yox. Bu dünyada Vəfa adında bir qız vardı, soyadı Fətullayeva idi. Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olmuşdu. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası isə SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovaydı.

Orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alandan sonra Teatr İnstitutunun Teatrşunaslıq fakültəsinə qəbul olunmuşdu. 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirmişdi...

O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırmışdı...

Vəfa xanım 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. İşlədiyi dövrlərdə həm teatrda və həm də bədii filmlərdə bir-birindən bənzərsiz insan obrazları yaradıb. Yaradıcılığının çiçəklənən dövründə, 41 yaşında olarkən xərçəng xəstəliyinə düçar olan Əməkdar artist 1987-ci il may ayının 21-də vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır...

Desəm unudulub, səhvə yol verərəm. Adını özünə təxəllüs götürən Etibar Vəfa adlı bir nəfər  yorulmadan onun haqqında yazılar hazırlayıb sosial platformalarda paylaşır. Sağ olsun!..

Ruhu şad olsun!
 

Elman. Eldaroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi