Modern.az

Rejissordan deputat övladlarına: Atanızla mübahisədən çəkinməyin, pəncərədən çölə baxın!

Rejissordan deputat övladlarına: Atanızla mübahisədən çəkinməyin, pəncərədən çölə baxın!

Mədəni̇yyət

27 May 2024, 16:35

"Valideynlərinizlə mübahisə etməkdən çəkinməyin, fikrinizi bildirin. Pəncərələri açın, çölə baxın!".

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, kinorejissor Nana Janelidze prezidentin xarici agentlər haqqında qanuna vetosunun ləğvi üçün parlamentdə səsvermədən əvvəl hakim “Gürcü arzusu” partiyasından olan deputatların övladlarına müraciət edərək açıq məktub dərc edib:

 

“Yalnız siz valideynlərinizə baş verən hadisələri başqa bucaqdan göstərə bilərsiniz, çünki onların sizdən daha əziz, daha çox sevdiyi yoxdur. Yəqin ki, bir çoxunuz Qərbdə oxuyursunuz, bəlkə də bəziləriniz etiraz aksiyalarında iştirak edirsiniz. Bir neçə saatınız var, valideynlərinizi bu qanunu ləğv etməyə razı salın. Prezidentin vetosunun ləğvinə mane olmaq üçün hətta 10 səs kifayətdir. 

 

Hətta gecə yarısı onlara yaxınlaşın və əsas sualı verin: o, sabah sizin üçün nə seçəcək - Qərb sivilizasiyasından ayrılıq, təhsil, iş, Avropa və ya ABŞ-da kəşflərlə dolu gələcək, Gürcüstan üçün tərəqqi, yoxsa Sovet İttifaqının ən çətin və repressiyalarla dolu dövrünə qayıdış... Cəmi bir neçə saat qaldı!!!  Unutmayın, siz Z nəslisiniz!

 

Hörmətlə, Nana Janelidze".

 

Vetonu ləğv etmək üçün 76 səs lazımdır. Qanunun qəbuluna bundan əvvəl 84 deputat səs verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi