Modern.az

Məşhur aktrisa vəfat etdi - FOTOLAR

Məşhur aktrisa vəfat etdi - FOTOLAR

Mədəniyyət

30 May 2024, 10:32

Rusiyalı teatr və kino aktrisası və teleaparıcı Anastasiya Zavorotnyuk uzun sürən xəstəlikdən sonra gecə saatlarında dünyasını dəyişib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, 53 yaşlı Zavorotnyuk 2019-cu ilin avqust ayından bəri xərçənglə mübarizə aparırdı.

 

O, teatr tamaşalarında iştirak etməyi dayandırmışdı. Sənətçi böyük populyarlığı "Mənim gözəl dayəm" serialı ilə qazanmışdı.

 

Ulduzun yaxınları uzun müddət onun xəstəliyi ilə bağlı məsələyə münasibət bildirməyiblər, lakin sonradan təsdiq ediblər ki, Zavorotnyuk qlioblastomadan (beyin şişinin ən çox yayılmış və ən aqressiv forması) müalicə olunur.

 

Zavorotnyuk “Apokalipsis kodu”, “Şekspirin heç vaxt xəyal etmədiyi”, “Varis” kimi filmlərdə də oynayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər