Modern.az

Dağıstan Prezidenti 13 il əvvəl 8 azərbaycanlını təltif edib - ARAŞDIRMA

Dağıstan Prezidenti 13 il əvvəl 8 azərbaycanlını təltif edib - ARAŞDIRMA

Mədəniyyət

4 İyun 2024, 15:24

Azərbaycanlı alimlərin beynəlxalq uğurları ilə bağlı yeni araşdırma aparılıb.

Modern.az xəbər verir ki, araşdırmanı tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev aparıblar.

Tarixçilər bildiriblər ki, 8 azərbaycanlıya "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Dağıstan Respublikası Prezidentinin Fərmanı (29 sentyabr 2011-ci il) e-dag.ru saytında yerləşdirilib:

"Amma bu sənəd Azərbaycan mediasında ilk dəfədir ki, tam şəkildə dərc edilir".

Fərmanda qeyd edilir ki, Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdikləri böyük töhfələrə görə, Cəmil Əziz oğlu Əliyevə, Əhliman Tapdıq oğlu Əmiraslanova, Şəmsəddin Hümmət oğlu Hacıyevə, Mahmud Kərim oğlu Kərimova, Fikrət Fərrux oğlu Məmmədova, Misir Cumayıl oğlu Mərdanova, Yaqub Mikayıl oğlu Mahmudova, Arif Mir Cəlal oğlu Paşayevə "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adı verilsin.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu