Modern.az

Flora Kərimova məhkəmədə Ülviyyə Alovluya qalib gəldi

Flora Kərimova məhkəmədə Ülviyyə Alovluya qalib gəldi

Mədəni̇yyət

5 İyun 2024, 17:11

Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı.
 

Modern.az xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb.
 

“Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikcisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir.

Apellyasiya Məhkəməsinin ədalətli hakimlərinə çox sağolum var. Qalib vəkilim Elcan Həsənlinin uca könlünə Tanrıdan fərəh diləyib, bütün şübhələrdən uzaq olan vicdanına çox sağ ol, deyirəm”, - Flora Kərimova qeyd edib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova ilə jurnalist Ülviyyə Alovlu arasında məhkəmə çəkişməsi uzun müddətdir davam edir. Xalq artisti jurnalistdən xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdi. 
Ü.Alovlu barəsində təhqir və böhtana görə Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı. 

Xatırladaq ki, Ü.Alovlu bir müddət əvvəl sosial şəbəkə hesabında “Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu” paylaşımını etmişdi. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?