Modern.az

Azərbaycanda Qaqarinin abidəsi hazırlanacaq

Azərbaycanda Qaqarinin abidəsi hazırlanacaq

6 İyun 2024, 19:55

Moskva və Bakı Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsini hazırlayır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında deyib.

 

Onun sözlərinə görə, iki ölkə arasında güclü mədəni əlaqələr mövcuddur.

 

“Biz mədəniyyət sahəsindəki bu şanlı ənənəni davam etdirmək istəyirik. Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsi var. Gənclər arasında mədəniyyət abidələrimizə qayğıkeş münasibətin formalaşdırılması baxımından həyata keçirəcəyimiz bir sıra digər layihələrimiz də var”, - o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq