Modern.az

Tanınmış müğənni vəfat edib

Tanınmış müğənni vəfat edib

Mədəni̇yyət

12 İyun 2024, 12:44

Məşhur fransız müğənni Fransuaza Hardi vəfat edib.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, Ardinin ölümünü onun oğlu, musiqiçi Tomas Dutronk elan edib.

 

Sənətçinin 80 yaşı var idi. 2004-cü ildə ona limfoma diaqnozu qoyulub. Sonradan xəstəlik qırtlaq xərçənginə çevrilib. 2024-cü ilin mart ayında Ardi bir daha oxuya bilməyəcəyini açıqlayıb.

 

Fransuaza Hardi musiqi karyerasına 17 yaşında başlayıb. 1960-cı illərin moda ikonası hesab olunurdu. Ardi "Paco Rabanne", "Yves Saint Laurent", "André Courrèges" moda evlərinin siması idi.

 

Müğənni karyerası ərzində onlarla albom buraxıb. Sonuncusu 2018-ci ildə çıxmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var