Modern.az

Teatr işçilərinin maaşları artırıldı

Teatr işçilərinin maaşları artırıldı

Mədəni̇yyət

12 İyun 2024, 12:40

Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib.

 

Modern.az "Report"a istinadən məlumat , bununla bağlı Mədəniyyət Nazirliyinin Kollegiyası qərar qəbul edib.

 

Qərara əsasən, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:

 

1. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı;

2. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı;

3. Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı;

4. Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı;

5. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası;

6. Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı;

7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.

Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var