Modern.az

"Azərbaycanfilm"a direktor əvəzi təyin edildi

Mədəniyyət

21 İyun 2024, 16:40

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor müavini təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

 

Bu vəzifəyə İttifaqın üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.

 

Ona həmçinin "Azərbaycanfilm" kinostudiyasının direktorunun vəzifəsini icra etmək də həvalə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu