Modern.az

İçərişəhərdə “Şirvanşahların səsi” konserti keçirilib - FOTO

İçərişəhərdə “Şirvanşahların səsi” konserti keçirilib - FOTO

Mədəniyyət

25 İyul 2024, 12:00

İyulun 24-də “Şirvanşahların səsi” layihəsi çərçivəsində Şirvanşahlar Sarayında növbəti konsert baş tutub.

 

Modern.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə ecazkar ifalarında Azərbaycan və dünya bəstəkarların əsərlərini səsləndiriblər. 

 

Silsilə tədbirlərdən ibarət “Şirvanşahların səsi” layihəsi Azərbaycan musiqisini qədim şəhərin yerli və xarici ziyarətçilərinə təbliğ etmək məqsədini daşıyır.

 

Qeyd edək ki, Şirvanşahlar Sarayında keçirilən Cahangir Cahangirov adına Xorun konserti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər