Modern.az

Tanrının ALQORİTMİ

Mədəni̇yyət

3 Avqust 2024, 23:13

Məşhur Rubik kubunun 50 yaşı tamam oldu.

İxtiraçısı o vaxt 30 yaşında olan macar mühəndisi, memar, heykəltəraş və dizayner Ernyö Rubik idi.

Sehrli Rubik kubunun ideyası Rubikə tələbələrinə Ümumi cəbrin bir qolu olan Qrup nəzəriyyəsini izah edərkən gəlmişdi. Qruplar riyaziyyatda invariant xassələrlə əlaqəli olan obyektlərin daxili simmetriyasını tapmaq üçün lazımdır. Qrup nəzəriyyəsi simmetriyanın danışdığı dildir.

Rubik kubunun riyaziyyatı onun xassələrini abstrakt riyazi nöqteyi-nəzərdən öyrənmək üçün riyazi üsullar toplusudur. Riyaziyyatın bu sahəsi kubların həlli üçün alqoritmləri öyrənir və onları qiymətləndirir. Qraflar nəzəriyyəsi, Qrup nəzəriyyəsi, Hesablama nəzəriyyəsi və Kombinatorikaya əsaslanır.

İxtiyari konfiqurasiyadan son konfiqurasiyaya, yəni kubu “yığmaq” üçün bir çox alqoritmlər var. Ümumilikdə 4,3·10¹⁹ konfiqurasiya var, başqa sözlə

43 252 003 274 489 256 000, yəni

43 kentilyon 252 katrilyon 3 trilyon 274 milyard 489 milyon 256 min.

***


Rubik kubu Sovet İttifaqına icad edilməsindən illər sonra gəlib çıxdı.

Aspirant idim o vaxt.

İlk kubu almaq üçün bir saat növbədə durmuşdum.

Akademik Azad Mirzəcanzadənin aspirant və tələbələri arasında yarış keçirdik.

Texnika elmləri namizədi, Baş elmi işçi Rəşid Zeynalov şirniyyat “xəstəsi” idi, bir dəfə böyük bir tortu aşırdırdı. “Əgər yaxşı bir tortdan mərcə gəlsəz 3-4 dəqiqəyə kubu yığaram” dedi və sözünü tutdu. Rəşidin Rubik kubunu belə tez “yığması” mənim onun həllinə olan marağımı birdən-birə azaltdı…

Allahverdiyan adlı bir İrəvan ermənisi aspirant isə Ernyö Rubikin əslən erməni olduğunu, əsil adının Arno Robik olduğunu deyirdi o vaxt. Bu yalanına görəmi, yoxsa başqa bir səbəbdənmi, bilmirəm, ancaq bir axşam onu “pivnoyda” təpiyinin altına salmışdılar bizim uşaqlar…

O vaxt nə 43 kentilyon konfiqurasiya olduğunu bilirdik, nə də kubu “yığmaq” üçün cəmi 20 gedişin kafi olduğnu. Sonralar Rubik kubunun ən minimal firlatma sayı da isbat edildi. Bulmacanı minimum hərəkət sayında həll edən alqoritmi “Tanrının Alqoritmi” adlandırdılar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR