Modern.az

Əlincədağ təbiət abidəsi təşkil ediləcək

Əlincədağ təbiət abidəsi təşkil ediləcək

Mədəniyyət

10 Sentyabr 2024, 17:46

Nazirlər Kabineti “Əlincədağ təbiət abidəsinin təşkil edilməsi haqqında” qərar verib.

Modern.az xəbər verir ki, qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağın şərq yamacında yerləşən, hündürlüyü 1821,4 metr olan Əlincə dağına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilsin və həmin dağ Əlincədağ təbiət abidəsi adlandırılacaq.

Əlincədağ təbiət abidəsinin yerləşdiyi ərazinin təşkili və mühafizəsi üçün Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Culfa Rayon İcra Hakimiyyəti bu obyektin yerləşdiyi ərazinin torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri

ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görsünlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər