Modern.az

Qarabağı Ərəb dünyasında tanıdan layihə yekunlaşdı

Qarabağı Ərəb dünyasında tanıdan layihə yekunlaşdı

Mədəniyyət

1 Avqust 2024, 15:21

"Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qarabağın mədəniyyət nümunələrinin təbliği” adlı layihəni yekunlaşdırıb.

İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, layihənin əsas məqsədi Qarabağın mədəniyyəti, dini abidələri və turizm potensialını Ərəb dünyasına tanıtmaq olub. Bu da ondan irəli gəlir ki, Yaxın Şərq ölkələrində - ərəb ictimaiyyətində işğaldan azad olunmuş Qarabağ bölgəsi barədə hələ də dolğun məlumat yoxdur.

“Hesab edirk ki, layihəmizi uğurla həyata keçirməyə nail olduq. Çünki nəzərdə tutmuşduq ki, hazırlayacağımız hər məqaləni ən azı 2 ərəbdilli saytda dərc etdirək. Lakin layihəhin işçi qrupunun səmərəli fəaliyyəti nəticəsində hazırladığımız 15 məqaləni Yaxın Şərqin 2 ölkəsində - Mərakeş və Misirə məxsus 14 media orqanında yayımlatdıra bildik. Məqalələrimiz hətta bəzi saytların Fecebook sosial şəbəkəsindəki səhifələrində paylaşıldı. Bununla da məqalələr daha geniş oxucu auditoriyasını əhatə edə bildi.
Budəfəki layihəmiz də ərəbdilli KİV-in marağına səbəb oldu. Məsələn, “Dünyanı heyrətləndirən Qarabağ xalçaları” adlı yazımızı eyni vaxtda 6, “Azıx mağarası - Dünyadakı ən qədim 4-cü yaşayış məskəni” adlı məqaləmiz isə 7 saytda və 2 Facebook səhifəsində yayımlandı.
Bundan başqa, “Qarabağın dünyaya açılan hava qapısı – Füzuli aeroportu” adlı yazımız eyni vaxtda 2 ölkədə - Misir və Mərakeşdə 2 sayt əvəzinə 7 müxtəlif saytda yayımlandı.
“Dünyanı heyrətləndirən Qarabağ xalçaları” adlı yazımızı layihədə nəzərdə tutulmayan 3-cü xarici ölkə - Oman saytı da yayımladı”,  - İctimai Birlikdən bildirilib.

Qeyd edilib ki, son illər Azərbaycana ərəb dünyasından turist axını var. Ərəblərin Qarabağın mədəniyyət, dini abidələri və turizm obyektləri barədə məlumatlanması onların ölkəmizə marağını daha da artıracaq...

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər