Modern.az

Ukrayna mətbəxini təqdim edən restoran beynəlxalq bələdçiyə düşüb - İLK DƏFƏ

Ukrayna mətbəxini təqdim edən restoran beynəlxalq bələdçiyə düşüb - İLK DƏFƏ

Mədəniyyət

17 Sentyabr 2024, 14:51

Ukrayna mətbəxinə aid təamları təqdim edən restoran ilk dəfə olaraq beynəlxalq "Michelin" bələdçisinə daxil edilib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, ABŞ-da - Çikaqoda Ukrayna mətbəxinə həsr olunmuş "Anelya" restoranı nüfuzlu Michelin qastronomik bələdçisinə daxil edilib.

 

Restoranın sahibi və aşpazı Conni Klark Xarkov səfərindən ilhamlanaraq, ABŞ-da Ukrayna mətbəxini tanıtmaq üçün "Anelya"nı açıb.

 

"Bu, Ukrayna mətbəxinin hörmətə layiq olduğunu göstərmək üçün bir qədər siyasi aktdır", - o bildirib.

 

"Anelya" ənənə və müasir kulinariya üslublarını özündə birləşdirən Ukrayna mətbəxini təklif edir: borş, vareniki, Poltava qaluşkası, banoş, Kiyev tortu və s.

 

2022-ci ilin oktyabrında açılan restoran artıq "Time Out Chicago" və "Chicago Tribune"dən yüksək qiymətlər qazanıb. Artıq "Michelin" ulduzuna sahib olan Klark və həyat yoldaşı Beverli Kim bu tanınmanı Ukrayna mətbəxi üçün mühüm addım kimi görürlər.

 

Klark deyib: “Mən hiss etdim ki, Ukrayna yeməklərini və mədəniyyətini yaymaq imkanım və məsuliyyətim var, çünki o, yenidən təhlükə altında idi”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər