Modern.az

Naxçıvan mədəniyyət nazirinin 2 müavini olacaq

Naxçıvan mədəniyyət nazirinin 2 müavini olacaq

Mədəniyyət

18 Sentyabr 2024, 17:30

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Ali Məclis sədrinin Fərmanında dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 19 iyul tarixli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

 

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin artıq 1 deyil, 2 müavini olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər