Modern.az

Möminə Xatın Türbəsi bərpa olunur

Möminə Xatın Türbəsi bərpa olunur

Mədəniyyət

24 Sentyabr 2024, 10:20

Möminə Xatın Türbəsinin restavrasiyası üçün Avstriyadan olan mütəxəssislər Naxçıvana gəlib.

Modern.az xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Möminə Xatın Türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması üçün Avstriyanın “Atelier Erich Pummer GMBh” şirkəti ilə müqavilə imzalanıb.

Şirkətin rəhbəri Erik Pumer və işçi qrupu artıq Naxçıvana gəlib, Möminə Xatın Türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib.

Qeyd edək ki, adıçəkilən şirkət Azərbaycanda bu sahədə beş ildən artıqdır fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər