Modern.az

Köhnə supermarketi muzeyə çevirdilər - MÖHTƏŞƏM FOTOLAR

Köhnə supermarketi muzeyə çevirdilər - MÖHTƏŞƏM FOTOLAR

Mədəniyyət

24 Sentyabr 2024, 14:04

Danimarkada BIG (Bjarke Ingels Group) şirkəti ölkənin Şimali Yutland bölgəsindəki köhnə supermarket binasını yeni kağız sənəti muzeyinə çevirməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə "Arkitera" məlumat yayıb.

 

 

Danimarka mədəni irsinə dərin kök salmış kağız sənəti ilə bağlı inşa olunacaq muzeyin illik ziyarətçi sayını 2 qat artırmaqla yanaşı, kağızı bir sənət forması kimi mənimsəməyi planlaşdırır.

 

 

Kağız sənətçisi Bit Vejle tərəfindən 2018-ci ildə qurulan kağız sənəti muzeyi Skandinaviya ölkələrində kağızdan hazırlanmış əl işləri və dizayn sahəsində ixtisaslaşmış tək muzeydir.

 

 

Təxminən 900 kvadratmetrlik köhnə supermarket binası atelyelər, tədbir və tədris otaqları, depolar və ofis məkanlarını əhatə edəcək 2300 kvadratmetrlik bir muzey qurmaq üçün BIG tərəfindən yenilənəcək və genişləndiriləcək.

 

 

Kağız sənəti muzeyinin yeni və xəfif dam örtüyü var. Dam kağız parçası kimi binanın üzərinə yerləşdirilib və ətrafda yeni sahələr üçün imkanlar yaradır. Yeni və köhnə hissə tək dam altında birləşir.

 

 

Mövcud bina divarlarının çöl tərəfində oriqamiyadan ilham alan və müxtəlif kağız sənətçiləri ilə əməkdaşlıq çərçivəsində dizayn edilən yeni akustik kağız sənəti təbəqəsi olacaq. Muzeyin içində səthlər kağız istehsalında istifadə olunan ağacdan düzəldilmiş materialla örtülüb.

 

 

Kağız sənəti muzeyi müxtəlif ictimai tədbirlər üçün də məkan kimi istifadə olunacaq.

 

 

Bölgəyə xas olan bitki və ağacların yer aldığı dolanbac yol əhalini ətraf mühitin fərqinə varmağa dəvət edərək ziyarətçiləri muzeyə gəlməyə stimullaşdıracaq cəlbedici məkan yaradacaq.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər